...

Karantin rejimini pozan daha 1499 sürücü cərimələnib

Cəmiyyət Materials 7 Aprel 2020 11:31 (UTC +04:00)
Karantin rejimini pozan daha 1499 sürücü cərimələnib

Bakı. Trend:

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 06.04.2020-ci il saat 00:00-dan 07.04.2020-ci il 08:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında 861-i Bakı şəhərində olmaqla nəqliyyat vasitələri ilə hərəkətdə olan 1499 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Trend-ə verilən məlumata görə, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 6945 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

DİN Baş DYP İdarəsi bütün hərəkət iştirakçılarına zərurət olmadan və müvafiq qaydada icazə almadan yaşadıqları evlərdən, mənzillərdən çıxmamağı tövsiyə edir, hər bir vətəndaşı ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejiminə düşünülmüş şəkildə yanaşmaqla tələb olunan qaydalara ciddi riayət etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti