...

Xüsusi karantin rejimi ilə bağlı Gəncədə ərzaq satışı məntəqələrində monitorinqlər keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Aprel 2020 15:38 (UTC +04:00)
Xüsusi karantin rejimi ilə bağlı Gəncədə ərzaq satışı məntəqələrində monitorinqlər keçirilib (FOTO)

Bakı. Trend:

Ölkəmizdə koronavirusa qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən ərzaq məhsullarının satışı məntəqələrində monitorinqlər davam etdirilir.

AQTA-dan Trend-ə bildirilib ki, Agentlik əməkdaşları qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, ərzaq məhsullarının satışı məntəqələrində xüsusi karantin rejiminə, eləcə də Agentliyin bu sahədə hazırladığı metodiki göstərişlərə əməl olunması ilə bağlı monitorinqlər keçirir. Bu dəfə Agentlik Gəncə şəhərində fəaliyyət göstərən ərzaq məhsullarının satışı məntəqələrində növbəti monitorinqlər təşkil edib. Monitorinq zamanı qida məhsullarının satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə termiki emal olunmadan və xüsusi təmizlənmədən keçmədən istifadə olunan qida məhsullarının uyğun yerlərdə saxlanılması, bu məhsulların alıcılara xüsusi geyimli market əməkdaşları tərəfindən təqdim edilməsi ilə bağlı tövsiyələr verilib. AQTA əməkdaşları tərəfindən hazırlanmış təşviqat xarakterli çap materialları ərzaq satışı məntəqələrində quraşdırılıb.

Maarifləndirmə tədbirləri çərçivəsində indiyədək Agentlik tərəfindən bu sahədə bir neçə metodiki göstəriş hazırlanaraq respublikamızın bütün bölgələrində, eləcə də Gəncə şəhərində fəaliyyət göstərən müvafiq sahibkarlıq subyektlərinə rəsmi şəkildə təqdim olunmuşdur.

Agentlik bir daha vətəndaşları ərzaq məhsullarının satışı obyektlərində tətbiq olunmuş koronavirusla bağlı xüsusi rejimə əməl etməyə, virusdan qorunmaq üçün tələb olunan metodiki göstərişlərdə nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti