...

Paytaxtın bəzi küçə və yollarında təmir işləri aparılıb (FOTO)

Cəmiyyət Materials 17 Aprel 2020 13:54 (UTC +04:00)
Paytaxtın bəzi küçə və yollarında təmir işləri aparılıb (FOTO)

Bakı. Trend:

Rahat gediş-gəlişin təmin edilməsi istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı şəhərinin bəzi küçə və yollarında orta təmir işləri aparılıb.

AAYDA-dan Trend-ə verilən məlumata görə, təmir işləri uzun müddət istismar nəticəsində yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gələn Yasamal rayonu, Əbdülvahab Salamzadə və Mikayıl Müşfiq küçələri, Bakı Dairəvi-1 avtomobil yolunun əsas və köməkçi hissələrində, Ziya Bünyadov və Qara Qarayev prospektləri, həmçinin Binəqədi-Novxanı və Masazır-Novxanı avtomobil yollarında görülüb.

Təmir işləri zamanı çatlar əmələ gələn hissələrdə köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Asfaltlanma işləri ümumilikdə 60 min kv.m-dən çox sahəni əhatə edib.

Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər çəkilib.

Analoji işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında, tərtib olunan qrafikə uyğun paytaxtın digər küçə və prospektlərində davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti