...

Mingəçevirdə qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb (FOTO)

Cəmiyyət Materials 17 Aprel 2020 17:49 (UTC +04:00)
Mingəçevirdə qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb (FOTO)

Bakı. Trend:

Mingəçevirdə qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Trend-ə bildirilib ki, əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Belə ki, Agentliyin əməkdaşları tərəfindən ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Mingəçevir şəhəri ərazisində fəaliyyət göstərən heyvan kəsimi və satışı yerlərində maarifləndirici monitorinqlər keçirilib.

Monitorinq zamanı heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkarlanıb. Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək barədə bildirişlər təqdim olunub. Koronavirusla mübarizə tədbirləri çərçivəsində tətbiq olunan tələblər, heyvan kəsimi məntəqələrinin fəaliyyətinə dair metodiki göstərişlər diqqətə çatdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti