...

Bakıda 9 min manatlıq velosiped oğurlayan şəxs saxlanıldı

Cəmiyyət Materials 8 May 2020 11:52 (UTC +04:00)

Bakı. Asif Mehman - Trend:

Bakıda 9 min manatlıq velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əbilov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, əməliyyatı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də İ.Qədimovun 9000 manat dəyərində velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əbilov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti