...

Neftçala sakinindən odlu silah götürülüb

Cəmiyyət Materials 8 May 2020 12:02 (UTC +04:00)
Neftçala sakinindən odlu silah götürülüb

Bakı. Trend:

Neftçalada qanunsuz silah saxlayan şəxsə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumatına görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini A.Rzayevdən müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti