...

Bank kartlarından oğurluq edən keçmiş məhkum həbs olundu (FOTO)

Cəmiyyət Materials 9 May 2020 14:03 (UTC +04:00)
Bank kartlarından oğurluq edən keçmiş məhkum həbs olundu (FOTO)

Bakı. Trend:

Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara məxsus bank kartlarından oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər CM-nin müxtəlif maddələri məhkum olunan, 1973-cü il təvəllüdlü Rövşən Rəhimov məyyən olunaraq saxlanılıb. Şübhəli şəxsin üzərindən 0,620 qram heroin aşkar olunaraq götürülüb.

R.Rəhimovun ətrafında keçirilən araşdırmalara müəyyən olunub ki, o, 2019-cu ilin iyul ayının 30-da Xətai rayon ərazisində yerləşən bankomatlardan birindən B.Kərimovaya məxsus 1000 manat pulu talayıb.

Şübhəli şəxsin digər oğurluq əməllərində iştirakı istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Bakı Şəhər Baş Polis İdarəsinə (590-68-81) müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti