...

Gəncədə ölümlə nəticələnən qəza baş verib

Cəmiyyət Materials 11 May 2020 12:23 (UTC +04:00)
Gəncədə ölümlə nəticələnən qəza baş verib

Bakı. Trend:

Gəncə şəhəri ərazisində “VAZ-21015” markalı avtomobillə piyada vurulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 10-da saat 15 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Ş.Mirzəyev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən həmyerlisi Alimə Səfərovanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti