...

İbrahim Məmmədov: Bayram günləri məhdudiyyətlərin olması mütləq deyil

Cəmiyyət Materials 18 May 2020 17:48 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bayram günləri məhdudiyyətlərin olması mütləq deyil.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bu barədə sadəcə bir çağırış olub:

"Bayram və istirahət günlərində əhalinin iş günü olmadığı üçün onlara tövsiyə olunur ki, zərurət olmadığı halda çölə çıxmasınlar. Amma bununla bağlı konkret qadağa yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti