...

Bakıda işıqfor obyektlərinin üzərinə piyada seksiyaları quraşdırılır (FOTO)

Cəmiyyət Materials 19 May 2020 10:21 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Vətəndaşlarda xüsusi narahatlıq doğuran nizamlanan yol kəsişmələrində mövcud işıqfor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılır.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agnetliyindən(BNA) bildiriblər. Qeyd olunub ki, məqsəd, piyada təhlükəsizliyinin maksimum həddə çatdırılması və vətəndaş məmnuniyyətinin təmin olunmasıdır:

"Artıq 28 May küçəsinin Keykab xanım Səfərəliyeva, A.Puşkin və R.Zorge küçələri ilə, Nizami küçəsinin isə Keykab xanım Səfərəliyeva və A.Puşkin küçələri ilə kəsişmələrində bu istiqamətdə görülən işlər icra edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti