Bakı. İlhamə İsabalayeva - Trend:
İnsanlar tibbi maskanı sadəcə istifadə etmək xatirinə taxmalı deyillər.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, maskalar düzgün şəkildə istifadə edilərək burun və ağız hissəni tam şəkildə örtməlidir.
R.Bayramlı qeyd edib ki, maskadan istifadə edənlərin sayında artım var. Amma bu say hələ də qaneedici deyil.