...

“Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda XI beynəlxalq elmi konfransın materialları çap olunub

Cəmiyyət Materials 19 İyun 2020 12:49 (UTC +04:00)
“Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda XI beynəlxalq elmi konfransın materialları çap olunub

Bakı. Trend:

Bakı Slavyan Universitetinin (BSU) Elmi-Tədqiqat Layihələri Laboratoriyasının (ETLL) Azərbaycanşünaslıq və Slavistika bölməsi tərəfindən universitetdə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda XI beynəlxalq elmi konfrans Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilmiş Koronavirus (COVİD-19) infeksiyası səbəbindən tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq onlayn formada keçirilib və öz işini uğurla başa çatdırıb.

Məlumat üçün bildirək ki, BSU-nun rektoru, professor Nurlana Əliyevanın 29 dekabr 2019-cu il tarixli 173 saylı əmri ilə konfransın hazırlıq işlərinin aparılması və yüksək səviyyədə təşkil olunması məqsədilə 35 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Konfransın keçirilməsi əlaqələndirici mərkəz kimi Azərbaycanşünaslıq və Slavistika bölməsinə həvalə edilib.

“Zoom” platforması üzərindən təşkil olunan konfransa Azərbaycanın müxtəlif ali təhsil müəssisələrindən 77 məqalə, xarici ölkələrdən – Bolqarıstan, Belarus, Rusiya, Qazaxıstan, Gürcüstan və Ukraynadan 15 məqalə daxil olub.

Qeyd edək ki, konfrans 7 bölmədə – “Ulu öndər Heydər Əliyev irsi və Azərbaycançılıq ideologiyası”, “Azərbaycan tarixi və mədəniyyəti müasir araşdırmalarda”, “Azərbaycan dili və ədəbiyyatının aktual problemləri”, “Azərbaycan iqtisadiyyatı qloballaşma dövründə”, “Müasir dilçilik və ədəbiyyatşünaslığın aktual problemləri”, “Hüquq və siyasi elmlər müasir beynəlxalq münasibətlər sistemində”, “Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti dünya mediasında” adlı bölmələrdə keçirilib.

Konfransa daxil olan bütün məqalələr toplu halında çap olunub və hər bir konfrans iştirakçısına sertifikat təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti