...

AzTU-da bakalavrların buraxılış işlərinin onlayn müdafiəsi başlayıb (FOTO)

Cəmiyyət Materials 23 İyun 2020 15:43 (UTC +04:00)
AzTU-da bakalavrların buraxılış işlərinin onlayn müdafiəsi başlayıb (FOTO)

Bakı. Trend:

İyunun 23-dən Azərbaycan Texniki Universitetində (AzTU) ali təhsilin bakalavriat səviyyəsi üzrə buraxılış işlərinin onlayn müdafiəsi başlayıb.

AzTU-dan Trend-ə bildirilib ki, ilk iclasda universitetin “Xüsusi texnika və texnologiya” fakültəsinin müdafiədə iştirak edən 5 tələbəsinin hər biri “əla” qiymət alıb. Dövlət Attestasiya Komissiyasının (DAK) sədri, Müdafiə Sənayesi Nazirliyi “Şərq” Elm-istehsalat birliyinin “İqlim Elm-istehsalat müəssisəsi” MMC-nin direktoru Sabir Abbasov və komissiyanın üzvləri müdafiə prosesinə qoşulub, tələbələrə buraxılış işi ilə bağlı suallar ünvanlayıb.

Onlayn müdafiəni AzTU-nun rektoru Vilayət Vəliyev, dekanlığın və kafedranın əməkdaşları “Zoom” platforması üzərindən canlı izləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti