...

Azərbaycanda koronavirusun mutasiyası ilə bağlı araşdırma aparılmır - RƏSMİ

Cəmiyyət Materials 30 İyun 2020 19:05 (UTC +04:00)
Azərbaycanda koronavirusun mutasiyası ilə bağlı araşdırma aparılmır - RƏSMİ

Bakı. Samr Əli - Trend:

Dünya mətbuatında koronavirusun mutasiya etməsi haqqında məlumatlar yer alıb. Azərbaycanda bununla bağlı araşdırma aparılmır.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bu məsələ ilə əlaqəli məlumatlar aparılacaq tədqiqatların mövzusudur: "Bu, yeni bir virusdur. Azərbaycanda da bununla bağlı araşdırma aparılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti