...

Dövlət İmtahan Mərkəzi Azərbaycanda ESOL beynəlxalq ingilis dili imtahanlarını keçirəcək

Cəmiyyət Materials 8 İyul 2020 14:11 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi (DİM) ESOL beynəlxalq ingilis dili imtahanlarının keçirilməsi üçün lisenziya əldə edib.
Dövlət İmtahan Mərkəzi Azərbaycanda ESOL beynəlxalq ingilis dili imtahanlarını keçirəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) ESOL beynəlxalq ingilis dili imtahanlarının keçirilməsi üçün lisenziya əldə edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, DİM may ayında “PeopleCert Qualifications Ltd” təşkilatının qolu olan LanguageCert Qiymətləndirmə Mərkəzinin LanguageCert International ESOL (English for Speakers of Other Languages) adlı beynəlxalq imtahanının ölkədə təşkil olunmasına dair auditi uğurla keçib.

Böyük Britaniyanın qiymətləndirmə üzrə nəzarət qurumu - Ofqual tərəfindən tanınan LanguageCert müxtəlif dillər üzrə (ingilis, ispan, türk) bacarıqların qiymətləndirilməsini və sertifikatlaşdırılmasını həyata keçirən təşkilatdır.

Təşkilat, həmçinin ALTE və EALTA kimi beynəlxalq qiymətləndirmə assosiyasiyalarının üzvüdür. LanguageCert imtahanlarının nəticələri 57 ölkənin kolleci, universiteti və institutları tərəfindən qəbul olunur.

İmtahanlar onlayn qaydada təşkil olunur və DİM Azərbaycanda müvafiq lisenziyanı əldə edən ilk qurumdur. LanguageCert imtahanlarının nəticələri 57 ölkənin kolleci, universiteti və institutları tərəfindən qəbul olunur.

Qeyd edək ki, LanguageCert International ESOL imtahanlarının onlayn qaydada ev şəraitində idarə olunması artıq müxtəlif ölkələrdə tətbiq edilir. Bu növ imtahanlar onların məzmunu, keyfiyyəti və təhlükəsizlik prinsiplərində heç bir narahatlıq yaratmır. İmtahanlarda real vaxt ərzində həm insan tərəfindən proktorinq (nəzarət), həm də süni intellekt texnologiyası vasitəsilə ən çətin aşkarlanan hərəkətləri görmək və lazımi addımları atmaq üçün yüksək səviyyəli təhlükəsizlik tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti