Bakı. Samir Əli - Trend:
Azərbaycan Ordusuna dəstək yürüşündən sonra yoluxma sayında ciddi artım olmayıb. Amma hər hansı bir kütləvi toplaşma yoluxma sayının artmasına səbəb ola bilər.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.
Onun sözlərinə görə, son günlərin statistikası göstərdi ki, yoluxma sayında artım yoxdur, azalma var: "Amma buna baxmayaraq, hər kəs özünü qorumalı, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etməlidir".