...

COVİD-19 xəstəsi olmuş şəxs nə zaman işə çıxa bilər?- RƏSMİ AÇIQLAMA

Cəmiyyət Materials 31 İyul 2020 15:57 (UTC +04:00)

Bakı. Asif Mehman - Trend:

Əsas məsələ xəstənin tam sağalmasıdır.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə xəstənin işə çıxa bilməsi üçün ilk növbədə xəstə tam sağlam olmalıdır: "Bunun isə neçə gün ərzində olacağını demək olmaz. Əsas məsələ odur ki, xəstə tam sağalsın və onda əsas əlamətlər olmasın. Xəstənin tam sağaldıqdan sonra işə çıxması ilə bağlı poliklinikalar tərəfindən icazə verilir. Poliklinikaların idarə olunması Səhiyyə Nazirliyinin nəzarətindədir".

Poliklinikaların iş prinsipindən danışan Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov isə bildirib ki, koronavirusa yoluxmuş xəstədən test götürülür, 2 həftədən sonra əgər xəstədə heç bir problem yoxdursa, sağalıbsa, ona işə çıxması üçün poliklinika tərəfindən icazə verilir. Burada xəstənin tam sağlam olması göstərilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti