...

Hərbi hissələrdə Qurban bayramı qeyd edilir (FOTO)

Cəmiyyət Materials 31 İyul 2020 19:30 (UTC +04:00)
Hərbi hissələrdə Qurban bayramı qeyd edilir (FOTO)

Bakı. Trend:

Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində Qurban bayramı münasibətilə tədbirlər keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə prezidenti cənab İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri şəxsi heyətə çatdırılıb.

Hərbi qulluqçuların iştirakı ilə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti