...

Uşaq pulu ilə bağlı məsələ Milli Məclisdə müzakirə olunub

Cəmiyyət Materials 6 Avqust 2020 13:05 (UTC +04:00)
Uşaq pulu ilə bağlı məsələ Milli Məclisdə müzakirə olunub

Bakı. Elçin Mehdiyev - Trend:

Uşaq pulu ilə bağlı məsələ hökumətdə müzakirə edilib. Bu gün vətəndaşlara 20-yə yaxın sosial müavinət verilir. Bunlardan 9-u uşaqların sosial müdafiəsi ilə bağlıdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, sovet vaxtından qalan uşaq plunun məbləği o qədər az idi ki, onun heç verilməməsi ondan yaxşı idi:

"Bu gün uşaq pulu üçün ayrılan vəsaiti ünvanlı şəkildə ehtiyacı olan ailəyə vermək daha məqsədəuyğundur. Uşaq pulu müavinətinə yalnız ünvanlılıq prinsipi əsasında qayıda bilərik. Yəni, yalnız ehtiyacı olan ailələrin uşaqlarına uşaq pulu verə bilərik. Komitəyə deputatlar gəlsin, işçi qrupu yaradaq, konkret təkliflər hazırlayaq. Bunun büdcəyə yükünü hesablayaq və hökumətə konkret təkliflərlə çıxaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti