...

ÜST: Payız aylarında yoluxmaların artması proqnozlaşdırılır

Cəmiyyət Materials 20 Avqust 2020 15:26 (UTC +04:00)
ÜST: Payız aylarında yoluxmaların artması proqnozlaşdırılır

Bakı. Samir Əli - Trend:

Payız aylarında COVİD-19 virusuna yoluxmaların artması proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, bir çox ekspertlər bu fikirdədir. Ümumdünya Səhiyyə Təşkilatı yeni dönəmdə topladığı təcrübənin istifadəsini tövsiyə edir. Bundan sonra bütün ölkədə sərt karantinin tətbiqi deyil, bölgələrdə tədbirlərin gücləndirilməsini, qaydalara ciddi əməl edilməsini tövsiyə edirik. Bütün ölkələrin hansı bölgələrdə virusun daha çox yayılması ilə bağlı məlumatlar toplaması və vəziyyətin nəzarətdə saxlanılması vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti