...

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi inzibati həbs olunanlarla bağlı monitorinq keçirib

Cəmiyyət Materials 2 Sentyabr 2020 17:37 (UTC +04:00)
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi inzibati həbs olunanlarla bağlı monitorinq keçirib

Bakı. Samir Əli -Trend:

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi bu gün Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində monitorinq keçirib.

Bu barədə Trend-ə Komitənin sədr müavini Elçin Şirinov məlumat verib. O bildirib ki, monitorinqdə onunla birlikdə komitə sədri Tural Hüseynov və qurumun hüquqşünası Rövşən Məmmədov da iştirak edib:

"Monitorinqin məqsədi saxlanılan şəxslərin saxlanma şəraiti, onlarla rəftar, məntəqədə saxlanma vəziyyəti, qidalanma və dərman preparatları ilə təminatın normalara uyğun olub-olmamasını yoxlamaq idi. Saxlanılan şəxslərdən bu məsələlərlə bağlı narazılıq edən olmadı. Məntəqədə 159 nəfər saxlanılırdı. Onlardan 2-si qadın idi. Qadınlar narkotik vasitə istifadəsinə görə saxlanılıblar. Saxlanılan şəxslərdən 2 nəfər isə Bakıda "Qarabağa dəstək"yürüşü zamanı polisin qanuni tələblərinə tabe olmadıqları üçün saxlanılanlar idi. Saxlanılan şəxslərin hər biri ilə fərdi qaydada görüşüb vəziyyətləri ilə maraqlandıq.Saxlanmai və rəftardan, məntəqədəki ümumi şəraitdən heç kim narazılıq etmədi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti