...

Bakıda kranın aşmasının ilkin səbəbi açıqlandı: Təhlükəsizlik qaydalarına riayət edilməyib

Cəmiyyət Materials 4 Sentyabr 2020 17:57 (UTC +04:00)
Bakıda kranın aşmasının ilkin səbəbi açıqlandı: Təhlükəsizlik qaydalarına riayət edilməyib

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda kranın aşdığı ərazidə tikinti işləri aparan “Qarant İnşaat 2012” şirkətinin hüquqşünası Fərid Həsənov baş verən hadisə ilə bağlı jurnalistlərə açıqlama verib.

Trend-in məlumatına görə, o açıqlamasında bildirib ki, sözügedən kran işlək vəziyyətdə olmayıb və əraziyə yeni quraşdırılıb: ""Qarant İnşaat 2012" pilot layihə çərçivəsində burada tikinti işləri ilə məşğuldur. Təxminən, iki ay əvvəl - 20 iyun tarixindən bizim kran sahibi olan şirkətlə - “Kran Group MMC” ilə müqaviləmiz var. Müqaviləyə əsasən, “Kran Group MMC” tikinti məqsədilə kranı bu ərazidə quraşdıraraq bizə təhvil verməli idi. Hadisə isə kranı quraşdıran zaman baş verdiyindən məsuliyyət “Kran Group MMC”-nin üzərinə düşür".

Şirkət əməkdaşı əlavə edib ki, quraşdırılma zamanı texniki təhlükəsizlik qaydalarına riayət edilmədiyi üçün kran aşıb və hadisə zamanı kranın sürücüsü vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti