...

TƏBİB: Azərbaycanda koronavirusa görə itkilərin sayı çox az olub (VİDEO)

Cəmiyyət Materials 7 Sentyabr 2020 15:10 (UTC +04:00)
TƏBİB: Azərbaycanda koronavirusa görə itkilərin sayı çox az olub (VİDEO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda koronavirusa görə itkilərin sayı çox-çox az olub.

Trend-in məlumatına görə, bunu TƏBİB-in İşçi qrupunun rəhbəri Vasif Əliyev "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda pandemiya ilə əlaqədar ölkədə kifayət qədər çarpayı fondu var:

“Ötən müddətdə peşəkar həkim kollektivimiz formalaşdı. Bütün bunlar kompleks işlərdir və bir-biri ilə bağlıdır. Dövlət tərəfindən laborator binaların və orada xidmətin təşkili, xəstəxanalarda müayinə-müalicə xidmətinin təşkili, kadr çatışmazlığının həlli-bütün bu qabaqlayıcı tədbirlərin nəticəsində Azərbaycan dövləti, səhiyyəsi xalqa lazımi tibbi xidməti göstərdi və bu xidmətin göstərilməsini davam etdirir”.

"PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinin tam versiyasını sizə təqdim edirik:

Video layihənin digər bölümlərini buradan, həmçinin TREND İnformasiya Agentliyinin "Youtube" kanalından izləyə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti