...

Deputatların könüllü komandası olacaq

Cəmiyyət Materials 21 Sentyabr 2020 11:14 (UTC +04:00)
Deputatların könüllü komandası olacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda deputatların könüllü komandası olacaq.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin Gənclər və idman komitəsinin payız sessiyası üçün qanunverici planına “Deputat könüllüləri” layihənin müzakirəsi daxildir.

Belə ki, layihəyə hər bir komitə üzvünün öz könüllülərini seçərək təqdim etməsi, Parlament könüllülərinin yaradılması və parlamentdə fəaliyyət göstərəcək 10 könüllünün seçilməsi, kömitə üzvlərinin seçildiyi ərazidə yaşayan şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşlərin təşkili daxildir.

Bundan əlavə, 2 fevral - Gənclər gününə həsr olunan ictimai dinləmənin keçirilməsi də işlər planına daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti