...

Ölkəyə ekpress testlər gətirilsin – Milli Məclisdə təklif

Cəmiyyət Materials 18 Dekabr 2020 11:21 (UTC +04:00)
Ölkəyə ekpress testlər gətirilsin – Milli Məclisdə təklif

Bakı. Elçin Mehdiyev - Trend:

Koronavirusla mübarizə milli təhlükəsizlik məsələsidir. Bu baxımdan özəl sektor da bu mübarizəyə cəlb ediməlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

M.Quliyev bildirib ki, özəl sektorda fəaliyyət göstərən bütün tibb müəssisələri könüllü olaraq koronavirus xəstələrinin müalicəsinə cəlb edilməlidir: “Bildirildi ki, hər bir koronavirus xəstəsinin müalicəsi dövlətə gündəlik 100-150 manata başa gəlir. Özəl kilinikalarda xəstələrin müalicəsi üçün bu vəsaitin bir hissəsi sığorta vasitəsi ilə ödənilə bilər, bir hissəsini imkanı olan şəxs özü ödəyə bilər. Yəni imkanlı şəxslər özəl klinikalarda müalicə alsa, digər xəstəxanalarda yerlər boşala və imkanı olmayan şəxslərin müalicəsi üçün istifadə oluna bilər”.

Komitə sədri həmçinin ölkəyə ekspress testlərinin gətirilməsini təklif edib. O qeyd edib ki, dünyada 300-ə qədər test növü var: “Sahibkarlara imkan vermək lazımdır ki, ölkəyə ekspress testlər gətirsinlər və insanlar bu testləri alıb evdə yoxlaya bilsinlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti