...

DSMF Filialı kollektivindən Qələbə ruhunu, Qarabağ ovqatını əks etdirən kreativ addım (FOTO)

Cəmiyyət Materials 10 Yanvar 2021 12:39 (UTC +04:00)
DSMF Filialı kollektivindən Qələbə ruhunu, Qarabağ ovqatını əks etdirən kreativ addım (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı maraqlı addım atıb: Filialın iş otaqlarına işğaldan azad olunan doğma yurd yerlərimizin adları verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, otaqlar Qarabağ, Şuşa, Laçın, Qubadlı, Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Ağdərə, Xudafərin, Həkəri, Tuğ və s. adlandırılıb. Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olan Surxay Nosuyevin atası, əslən Zəngilan rayonundan olan əməkdaş Əbdül Nosuyevin iş otağına isə “Zəngilan” adı verilib.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti