...

Dənizdə dalğanın hündürlüyü 2,8 mətrə çatıb, güclü külək əsir - Faktiki Hava

Cəmiyyət Materials 18 Yanvar 2021 21:22 (UTC +04:00)
Dənizdə dalğanın hündürlüyü 2,8 mətrə çatıb, güclü külək əsir - Faktiki Hava

Bakı. İlhamə İsabalayeva - Trend:

Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 18-i saat 21:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti dəyişib. Gədəbəy, Quba, Şahdağ, Sarıbaş, (Qax), Qrızda qar, Şəmkir, Şahbuz, Qusarda yağış yağıb.

Şimal-qərb küləyi arabir Xınalıqda 23, Naftalanda 21, Neftçalada 20, Yardımlı, Tərtər, Şəmkirdə 16 m/ san olub. Bakıda və Abşeron yarımadasında: Qum adasında 18, Çilov adası, Pirallahıda 16, Bakıda 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2,8 metrə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti