...

Dəniz quldurlarının qaçırdığı gəmidə həyatını itirən azərbaycanlı Qabona gətirilib - Çavuşoğlu

Cəmiyyət Materials 25 Yanvar 2021 15:12 (UTC +04:00)
Dəniz quldurlarının qaçırdığı gəmidə həyatını itirən azərbaycanlı Qabona gətirilib - Çavuşoğlu

Bakı. Orxan Nəbiyev - Trend:

Bir neçə gün əvvəl Nigeriya sahillərində dəniz quldurları tərəfindən qaçırılmış gəmidə həyatını itirən azərbaycanlı dənizçi Qabona gətirilib.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, yaxın günlərdə onun cənazəsi Azərbaycana yola salınacaq:

"Hazırda 15 vətəndaşımız qaçırılmış vəziyyətdədir. Gəmi limana yan alıb. Dəniz quldurlarından hələ ki, xəbər alınmayıb. Həyatını itirmiş azərbaycanlı qardaşımız yaxın günlərdə Azərbaycana yola salınacaq"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti