...

Vaksinasiya bu müddətə müsbət nəticə verəcək - Komitə sədrindən AÇIQLAMA

Cəmiyyət Materials 28 Yanvar 2021 14:48 (UTC +04:00)
Vaksinasiya bu müddətə müsbət nəticə verəcək - Komitə sədrindən AÇIQLAMA

Bakı. Elçin Mehdiyev - Trend:

İki ay ərzində koronavirusa qarşı vaksinasiyanın müsbət nəticələrini görəcəyik. Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, əgər vakinasiya prosesi hazırlanmış strategiyaya uyğun həyata keçirilsə, maarifləndirmə işi aparılsa və əhali fəal şəkildə vaksinasiyaya cəlb olunsa, iki ay ərzində bunun müsbət nəticələri görünəcək:

“İki aydan tez virusun artması və azalması haqqında nəsə demək doğru olmaz. Amma hələlik meyillər müsbətə doğrudur, mənfi tendensiya yoxdur. Gün ərzində yoluxmaların sayı xeyli azalıb. Əvvəl gündə 3-4 min yoluxma olurdusa, indi 2-3 yüzdən danışırıq. Ümid edirəm ki, bu tendensiya davam edəcək. Vaksinasiya prosesi davam etdikcə, yoluxma halları da aşağı düşəcək.

Amma buna baxmayaraq insanlar özlərini qorumalıdırlar. Yəni sosial məsafənin saxlanması, tibbi maskadan istifadə, gigiyenik qaydalara əməl etmək və digər tədbirlər həyata keçirilməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti