...

Polis əməkdaşları da peyvənd olunur - Trend TV-nin reportajı (FOTO)

Cəmiyyət Materials 12 Fevral 2021 11:03 (UTC +04:00)
Polis əməkdaşları da peyvənd olunur - Trend TV-nin reportajı (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycanda polis əməkdaşlarının vaksinasiyasına başlanılıb.

Trend-in məlumatına görə, bu gündən etibarən hüquq-mühafizə orqanları tərəfindən əks epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq.

Polis əməkdaşlarının peyvəndlənməsi DİN-in Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalında həyata keçirilir.

Qeyd edək ki, yanvarın 18-dən tibb işçiləri, fevralın 8-dən isə 65 yaşdan yuxarı şəxslər vaksinasiyaya cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti