...

Azərbaycanda pensiya yaş həddi yüksək deyil - Nazirlik

Cəmiyyət Materials 23 Fevral 2021 12:19 (UTC +04:00)
Azərbaycanda pensiya yaş həddi yüksək deyil - Nazirlik

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda pensiya yaşının yüksək olması ilə bağlı iddiaları biz də eşidirik, amma bu iddiaların heç bir əsası yoxdur.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda əhalinin pensiya yaş həddi yüksək deyil:

“Bununla bağlı mütəmadi olaraq, araşdırma aparılır, sosial-iqtisadi inkişaf baxımından Azərbaycana yaxın olan bir neçə ölkənin təcrübəsi davamlı olaraq öyrənilir”.

E.Abbasov qeyd edib ki, elm və texnikanın inkişafı insanların ömrünün uzanmasına səbəb olub:

“Bunu beynəlxalq təşkilatlar da deyir. Həyat səviyyəsinin yaxşılaşması, ömür uzunluğunun artması nəticəsində pensiya yaşı bütün ölkələrdə mərhələli şəkildə artır. Bu gün elə ölkə tapmaq olmaz ki, o, pensiya yaşını mərhələli şəkildə artırmasın”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti