...

AzTU tələbələri işlə təmin etmək üçün taksi xidməti yaratdı

Cəmiyyət Materials 26 Fevral 2021 17:28 (UTC +04:00)
AzTU tələbələri işlə təmin etmək üçün taksi xidməti yaratdı

Bakı. Samir Əli - Trend:

Azərbaycan Texniki Universitetinin (AzTU) yeni xidmət təsis edib.

Universitetin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün ali təhsil müəssisəsinin Elmi Şurasının növbəti onlayn iclası keçirilib. İclasda Tədris hissəsinin müdiri Qəmər İsayeva qış imtahan sessiyasının nəticələri barədə məlumat verib. Tədris işləri üzrə prorektor, professor Nurəli Yusifbəyli tədrisin keyfiyyətinin artırılması ilə bağlı çıxış edib. Bildirib ki, tədris proqramları, silabuslar və təcrübə proqramlarının məzmunu təkmilləşdirilməlidir. Həmçinin fakültələr üzrə tələbə hərəkətliliyinin izlənməsi üçün baza cədvəl forması qəbul olunmalıdır. İclasda Vətən müharibəsində şəhid olan və akademik borcları qalan tələbələr üçün fəxri diplomların verilməsi ilə bağlı qərar da qəbul olunub.

Bildirilib ki, AzTU-nun 27 tələbəsi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. Onların əksəriyyətinin akademik borcları qaldığından diplom ala bilməyiblər. Buna görə də universitetin Elmi Şurası tərəfindən şəhidlərimizə ölümündən sonra fəxri diplomların verilməsi ilə bağlı qərar verilib. Qeyd olunub ki, son bir ildə AzTU müasir dövrün çağırışlarına uyğun layihələr həyata keçirir. Onlardan biri də “AzTU Taxi” xidmətinin təsis edilməsidir. “AzTU Taxi” xidmətinin təsis edilməsi tələbələr üçün iş imkanlarının artılımasına da xidmət edəcək. Xidmətin yaradılması ilə bağlı qərar müzakirələrdən sonar qəbul edilib.

İclasda “AzTU Könüllüləri” Təşkilatının təsis edilməsi ilə bağlı qərar da təsdiqlənib. Bildirilib ki, təşkilata üzv olan tələbələr universitetin struktur bölmələrində təcrübə keçəcək, bu da onların ilkin əmək vərdişlərinə yiyələnməsində böyük rol oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti