...

2400-ə yaxın şagirdin biliyi yoxlanılıb

Cəmiyyət Materials 10 Mart 2021 14:48 (UTC +04:00)
2400-ə yaxın şagirdin biliyi yoxlanılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda III, VI və VII sinif şagirdləri arasında keçirilən milli qiymətləndirmə tədqiqatı çərçivəsində bu günə qədər 20 region üzrə III sinifdə təhsil alan şagirdlərin qiymətləndirməsi yekunlaşıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təqribən 2400 nəfər III sinif şagirdinin tədris dili, riyaziyyat, xarici dil, fiziki tərbiyə, musiqi, texnologiya, təsviri incəsənət və həyat bilgisi fənləri üzrə bilikləri yoxlanılıb.

Qeyd edək ki, milli qiymətləndirmə şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti