...

Azərbaycanda qida zəhərlənməsi hallarının sayı azalıb

Cəmiyyət Materials 17 Mart 2021 15:11 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda qida zəhərlənməsi hallarının sayı azalıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, ölkədə həm qida zəhərlənməsi hallarının sayı, həm də zərərçəkənlərin sayı baxımından bu sahədə 2020-ci ildə müvafiq olaraq 9% və 6% azalma qeydə alınıb.

Azərbaycanda qida zəhərlənməsi hallarının sayı 2019-cu ildə 206, 2020-ci ildə 187 olub.

Qida zəhərlənməsinə məruz qalanların sayı 2019-cu ildə 583, 2020-ci ildə 546 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti