...

Hərbi Qənimətlər Parkına hansı marşrut avtobusları gedir? - BNA açıqladı

Cəmiyyət Materials 14 Aprel 2021 15:56 (UTC +04:00)
Hərbi Qənimətlər Parkına hansı marşrut avtobusları gedir? - BNA açıqladı

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda yaradılan Hərbi Qənimətlər Parkına gedən marşrut avtobuslarının siyahısını açıqlayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, adıçəkilən park istiqamətində Bakının müxtəlif istiqamətlərindən 4 marşrut üzrə avtobuslar hərəkət edir. Belə ki, bu park istiqamətində paytaxtın Əhmədli qəsəbəsindən 21, Naxçıvanski küçəsindən 32, Günəşli qəsəbəsindən 46, Hövsan qəsəbəsindən isə 175 saylı marşrut xətləri üzrə avtobuslar hərəkət edir.

Adıçəkilən marşrut xətlərinin son dayanacaq məntəqəsi isə "28 May" metrostansiyasının qarşısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti