...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha 106 əməkdaşı YAP-a üzv qəbul olunub

Cəmiyyət Materials 14 İyun 2021 19:02 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha 106 əməkdaşı YAP-a üzv qəbul olunub

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında yaradılan və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının (YAP) sıraları genişlənməkdə davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik sistemində çalışan daha 106 əməkdaş müraciətlərinə əsasən YAP-ın sıralarına üzv qəbul edilib. Onlardan 32-si Nazirliyin Aparatının, 74-ü isə DOST Agentliyinin və 1 saylı DOST mərkəzinin əməkdaşlarıdır.
Ümumilikdə son üç ildə Nazirliyin 800 əməkdaşı YAP üzvlüyünə qəbul olunub. Hazırda Nazirlik sistemində çalışanlardan 4613-ü YAP üzvüdür.

Partiya sıralarına qəbul edilən əməkdaşların böyük əksəriyyəti gənclərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti