...

"Delta" ştammına qarşı yeni mübarizə üsulu yoxdur - ÜST

Cəmiyyət Materials 15 İyul 2021 12:14 (UTC +04:00)
"Delta" ştammına qarşı yeni mübarizə üsulu yoxdur - ÜST

Bakı. Çingiz Səfərli - Trend:

"Delta" ştammına qarşı yeni mübarizə üsulu yoxdur.

Trend xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, ilk növbədə Azərbaycan hökumətinin tövsiyə etdiyi peyvəndlərdən birini qəbul etmək mütləqdir:

"İkincisi isə gigiyenik qaydalara mütləq əməl edilməlidir. İndi açıq havadayıq, İnsanlar çox da yaxın məsafədə durmurlar. Amma qış gələndə qapalı məkanlarda daha çox insan olacaq. Kiçik məkanlarda mütləq qoruyucu maskalardan istifadə edilməlidir. Əgər bu şərtlərə əməl edə bilsək, həm özümüzü, həm də yaxınlarımızı qorumuş olarıq. Onu deyə bilərəm ki, virusla mübarizə artıq bir ildən çoxdur aparılır. Yoluxmalar artanda insanlar nə etməli olduqlarını yaxşı bilirlər. Buna görə də hər kəs özünü qorumağa davam etməlidir".

Xəbər lenti

Xəbər lenti