...

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 16 İyul 2021 16:24 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 774 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 123, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 651 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 283 501, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 548 890, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 734 611 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti