...

Beynəlxalq Sakit Okean Konfransında Ermənistanın minaladığı Azərbaycan ərazilərində dinc sakinlərin həlak olmasından danışılıb (FOTO)

Cəmiyyət Materials 17 İyul 2021 12:13 (UTC +04:00)
Beynəlxalq Sakit Okean Konfransında Ermənistanın minaladığı Azərbaycan ərazilərində dinc sakinlərin həlak olmasından danışılıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova iyulun 16-18-də Avstraliyanın Sidney şəhərində keçirilən V Beynəlxalq Sakit Okean Müasir Elmlər Konfransında iştirak edib.

İnstitutdan Trend-ə bildirilib ki, konfransın işinə ZOOM proqramı vasitəsilə qatılan şərqşünas alim "Müharibə fəsadlarından bəhs edən yeni dövr Misir novelistikası” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə XIX əsrdə ərəb ədəbiyyatına daxil olan novella janrının müasir Misir ədəbiyyatında keçdiyi inkişafı yolu haqqında qısa məlumat verilib. Daha sonra bu janr, xüsusən müharibə mövzusunda yazılmış novellalar daxil olmaqla, müasir misirli yazıçıların yaradıcılığında şərh edilib.

X.Ələkbərova müharibələrin fəsadlarından danışarkən məruzə əsnasında işğaldan azad edilmiş Azərbaycan torpaqlarında, Ermənistan tərəfindən minalanmış ərazilərdə hələ də dinc sakinlərin həlak olmasını da nəzərə çatdırıb.

Qeyd edək ki, artıq beşinci dəfədir təşkil olunan mötəbər V Beynəlxalq Sakit Okean Müasir Elmlər Konfransına bu dəfə dünyanın 24 ölkəsindən tədqiqatçı alimlər qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti