...

Füzulidə dağılmış evləri görəndə kədərləndim - Ələkbər Qarayev

Cəmiyyət Materials 27 İyul 2021 17:46 (UTC +04:00)
Füzulidə dağılmış evləri görəndə kədərləndim - Ələkbər Qarayev

Şuşa. Çingiz Səfərli -Trend:

Şükür ki, bu gün azad Azərbaycanın azad torpağında - Şuşadayıq.

Bunu Trend-ə açıqlamasında Moskva Vəkillər Kollegiyasının üzvü Ələkbər Qarayev deyib. O bildirib ki, işğaldan azad olunan torpaqlarımızı görəndə həm sevinib, həm də kədərlənib:

"Ona görə kədərləndim ki, Füzulidə dağılmış evləri gördüm. İnsanların bütün əmlaklarını məhv ediblər. Amma Şuşaya qədəm qoyanda sevindim. Çünki 30 ildir bu torpaqların həsrətini çəkirdik. Bir hüquqşünas kimi deyirəm ki, beynəlxalq hüquq həmişə Azərbaycanın tərəfindədir. Biz 44 günlük Vətən müharibəsi dövründə də bunun şahidi olduq. Ona görə də heç bir dövlət Azərbaycanın haqq işinə müdaxilə edə bilmədi. Bilirdim ki, işğal altında olan torpaqlarımızı əvvəl-axır azad edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti