...

Qəbul imtahanlarında iştirak etməyən abituriyentlərin sayı açıqlanıb

Cəmiyyət Materials 29 İyul 2021 09:20 (UTC +04:00)
Qəbul imtahanlarında iştirak etməyən abituriyentlərin sayı açıqlanıb

Bakı. ElchinMehdiyev - Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə 14-15 iyul 2021-ci il tarixlərində keçirilən qəbul imtahanlarında iştirak etməyən abituriyentlərin sayı açıqlanıb.

DİM-dən Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 37793 abituriyentdən (II qrup üzrə 16758 nəfər, III qrup üzrə 21035 nəfər) 1767 nəfəri (II qrup üzrə 1021 nəfər, III qrup üzrə 746 nəfər) imtahanda iştirak etməyib.

İmtahanda iştirak edən abituriyentlərdən 18 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti