...

Müəllimliyə namizədlər əsasən öz evinə yaxın məktəbdə işləməyə çalışır, ancaq bu, mümkün deyil - Nazir

Cəmiyyət Materials 4 Avqust 2021 18:03 (UTC +04:00)
Müəllimliyə namizədlər əsasən öz evinə yaxın məktəbdə işləməyə çalışır, ancaq bu, mümkün deyil - Nazir

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Müəllimliyə namizədlər əsasən öz evinə yaxın məktəbdə işləməyə çalışır, ancaq bu, mümkün deyil.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev canlı yayımda deyib.

Onun sözlərinə görə, Azərbaycanda kənd məktəblərinin sayı kifayət qədərdir və həmin məktəblərə müəllimlər göndərmək lazımdır: “Başa düşürəm, istəyirsiniz ki, yaşadığınız yerə yaxın məktəblərdə işləyəsiniz, ancaq bizi də başa düşmək lazımdır ki, kənd məktəblərinin sayı kifayət qədərdir və həmin yerlərə də müəllim göndərmək lazımdır. Bəllidir ki, bəzi xanım müəllimlərin ailəvi məsələlərə görə ora getməsində müəyyən problemlər də yaranır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti