...

Yay məktəbində iştirak edən şəhid və qazi övladları Hərbi Qənimətlər Parkını ziyarət edib (FOTO)

Cəmiyyət Materials 2 Sentyabr 2021 15:13 (UTC +04:00)
Yay məktəbində iştirak edən şəhid və qazi övladları Hərbi Qənimətlər Parkını ziyarət edib (FOTO)

Bakı. Samir Əli - Trend:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna hazırlıq məqsədilə iştirakçılar üçün “Lider olmaq istəyirəm!” adlı yay məktəbi təşkil olunub.

Trend-in məlumatına görə, yay məktəbi 30 avqust tarixindən başlayaraq sentyabrın 10-dək davam edəcək.

Yay məktəbinin 4-cü günü yeniyetmələri Hərbi Qənimətlər Parkına Ekskursiyaları təşkil olunub.Onlar Azərbaycan ordusunun düşmən hərbi texnikasını necə darmadağın etdiklərini maraqla izləyiblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirib ki, yay məktəbində Foruma seçim turlarında fəallığı ilə seçilən uşaqlar, o cümlədən şəhid və qazi övladları daxil olmaqla 60 nəfər iştirak edir.
Yay məktəbinin keçirilməsində məqsəd Forumda müzakirə ediləcək mövzularla bağlı uşaqları məlumatlandırmaq, onları iştiraka hazırlamaq və tədbirlərin idarə edilməsi, liderlik keyfiyyətlərinin formalaşdırılması sahəsindəki bilik və bacarıqlarını inkişaf etdirməkdir.
10 gün ərzində uşaqlar, karantin qaydalarına uyğun olaraq 2 qrupda aidiyyəti mövzular üzrə mütəxəssislər və ekspertlərin keçirdiyi təlimlərə qatılacaq. Bununla yanaşı müxtəlif interaktiv bilik yarışları, əyləncəli oyunlar keçirilir, uşaqların hazırladıqları təqdimatlar, çıxışlar dinlənilənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti