...

Ramin Bayramlının müşaviri də istefa verdi

Cəmiyyət Materials 13 Sentyabr 2021 12:36 (UTC +04:00)
Ramin Bayramlının müşaviri də istefa verdi

Bakı. Trend:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev vəzifəsindən azad olunması ilə bağlı ərizə ilə müraciət edib.

Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Xatrıladaq ki, TƏBİB-in sədri R.Bayramlı ötən gün tvitter səhifəsində vəzifəsindən istefa verdiyini açıqlayıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti