...

Bayden 22 sentyabrda BMT-nin koronavirusa dair virtual zirvəsini təşkil edir

Cəmiyyət Materials 18 Sentyabr 2021 04:33 (UTC +04:00)
Bayden  22 sentyabrda BMT-nin koronavirusa dair virtual zirvəsini təşkil edir

Bakı. Trend:

ABŞ prezidenti Cozef Bayden 22 sentyabrda BMT Baş assambleyası çərçivəsində koronavirusla mübarizə mövzusunda virtual zirvə təşkil edir.

Trend-in məlumaıtna görə, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki açıqlama verib.

"Bu görüş "COVID-19" ilə mübarizədə ümumi səylərimizi genişləndirməyə və gücləndirməyə həsr olunmuşdur", - C.Psaki deyib.

O, ABŞ-ın sammit iştirakçılarından daha iddialı hədəflərə bağlılıqlarını bəyan etmələrini istəmək niyyətində olduqlarını vurğulayıb ki, bu da dünya əhalisinin peyvəndlə əhatə olunmasına aiddir.

Tədbirə tam olaraq kimin dəvət olunduğu açıqlanmır.

Daha əvvəl ABŞ-ın hər beş yüzüncü sakininin koronavirusdan öldüyü bildirilib. Müvafiq məlumatlar Hopkins Universiteti tərəfindən nəşr edilib. Universitetin məlumatına əsasən, 332 milyon sakin yaşayan ştatlarda 666,424 koronavirus infeksiyasından ölüm halı qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti