...

Millət vəkili Naqif Həmzəyev vətəndaş qəbulu keçirib (FOTO)

Cəmiyyət Materials 22 Sentyabr 2021 13:29 (UTC +04:00)
Millət vəkili Naqif Həmzəyev vətəndaş qəbulu keçirib (FOTO)

Bakı. Trend:

Mütəmadi olaraq seçicilərlə görüşən, onların problemlərini dinləyən millət vəkili ayrı-ayrılıqda vətəndaşları qəbul edib, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirib. Araşdırılması tələb olunan müraciətlər millət vəkili tərəfindən nəzarətə götürülüb, aidiyyatı orqanlara sorğular göndərilib.

Müraciətlər əsasən gənclərin məşğulluğu, sənədləşdirmə, hüquqi yardım, əfv məsələləri və s. ilə bağlı olub.

Millət vəkili qəbula gələn vətəndaşlara həmçinin sağlamlıqlarına diqqət edərək, pandemiya ilə mübarizədə karantin qaydalarına əməl etməyi və vaksinasiyadan keçməyi də tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti