...

Azərbaycandan 100 assistent Türkiyədə tədris-tədqiqat proqramında iştirak edəcək

Cəmiyyət Materials 19 Oktyabr 2021 18:20 (UTC +04:00)
Azərbaycandan 100 assistent Türkiyədə tədris-tədqiqat proqramında iştirak edəcək

Bakı. Samir Əli - Trend:

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib. İclasda “AzTU-nun Türkiyədə - 100 assistent tədris-tədqiqat proqramı” haqqında məsələ müzakirə olunaraq qəbul edilib.

AzTu-dan Trend-ə bildirilib ki, proqram çərçivəsində AzTU-da müasir biliklərə malik kadrların yetişdirilməsi məqsədilə magistratura səviyyəsində təhsil alan II kurs tələbələridən yüksək göstəriciləri olanlar və assistentlər arasından ümumilikdə 100 nəfər seçilərək 5 ay müddətində tədris-tədqiqat proqramında iştirak etmək üçün Türkiyəyə göndəriləcək.

Bundan başqa, AzTU-da universitet-sənaye iş birliyinin, magistratura və doktorantura səviyyələri üzrə işlərin müasir tələblərə uyğun təşkili, yüksək ixtisaslı kadrların hazırlanması üçün Yüksək Təhsil İnstitutunun yaradılması təklifi də müzakirə olunaraq qəbul edilib.

Müasir dövrün və əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı kadrların təhsili üçün mühitin təmin edilməsi məqsədilə Distant və əlavə təhsil şöbəsinin adı dəyişdirilərək Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzi, Dil Mərkəzinin adı dəyişdirilərək Texniki Terminologiya Mərkəzi adlandırılıb.

İclasda AzTU-nun 2021-2030-cu illər üçün inkişaf strategiyası layihəsi də müzakirə olunub.

Bundan başqa, AzTU-da tədris işinin təşkili, rəqəmsallaşma və layihələrin idarə olunması, sosial və kommunikasiya işlərinin təkmilləşdirilməsi barədə də müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti