Bakı. Samir Əli - Trend:
Bakıda əsas magistral avtomobil yollarında sürət həddi endirilib.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib.
Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələrini xahiş edirik.