...

Bakıda əsas magistrallarda sürət həddi endirildi - BNA

Cəmiyyət Materials 10 Noyabr 2021 16:19 (UTC +04:00)
Bakıda əsas magistrallarda sürət həddi endirildi - BNA

Bakı. Samir Əli - Trend:

Bakıda müşahidə edilən qeyri-sabit hava şəraiti ilə bağlı paytaxtın əsas magistrallarında sürət həddi endirilib.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

"Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meteoroloji amilləri nəzərə alsınlar" - deyə, Agentlik qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti