...

Yasamaldakı sökülən "xruşovka"ların yerində nə tikiləcək? - Komitədən açıqlama

Cəmiyyət Materials 15 Noyabr 2021 14:47 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən və hazırda sökülməkdə olan "xruşovka"ların yerində yaşayış və qeyri-yaşayış binalarının tikintisi planlaşdırılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Bildirilib ki, ərazidə tikintiyə icazə icraatı çərçivəsində təqdim olunmuş ərazi planlaşdırma sənədləri normativ tələblərə əsasən təsdiq edilib.

"Hazırda tikintiyə icazə üçün aidiyyəti dövlət qurumlarının rəyləri toplanılır. Qeyd edilən ünvanda “SmartDom” MMC tərəfindən yaşayış və qeyri-yaşayış binalarının tikintisi planlaşdırılır. İndiki mərhələdə həmin ərazidə əmlak istifadəçiləri ilə tikinti şirkəti arasında qanunvericiliyin tələblərinə uyğun olaraq danışıqlar aparılır".

Xatırladaq ki, Yasamal Rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov Trend-ə açıqlamasında bildirmişdi ki, mərhələli şəkildə həmin ərazidəki bir neçə bina söküləcək.

Qeyd edək ki, SSRİ-də ilk beşmərtəbəli "xruşovka" bina 1957-ci ildə Moskvada inşa olunub. Bundan qısa müddət sonra SSRİ-nin bütün şəhərlərində bu panel binaların inşasına başlanılır. Azərbaycanda isə "xruşovka"ların tikintisinə 1959-cu ildə start verilib.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti